Hamiləlikdə risk qrupları AÇIQLANDI
14-08-2023, 13:40

Hər bir hamilə qadın üçün əsas şərt, vaxtında mama-ginekoloqun yanında qeydiyyata durmaqdır. Gələcək ana vaxtlı-vaxtında bütün analizlərdən keçməli və həkimin qəbulunda olmalıdır. Hamiləlik vaxtı çəkiyə nəzarət etmək və sağlam həyat tərzi sürmək lazımdır.

AZİNFORM.AZ bildirir ki, hər bir hamilə qadın mütəmadi olaraq bir sıra ümumi müayinələrdən keçməlidir.

Risk qrupunda olan hamilələr həkimlərin məsləhətlərinə daha inadla əməl etməlidir. 

Risk qrupuna daxildir:

 

I.  Sosial-bioloji faktorlar: 

-             yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr

-            atanın yaşı 40-dan yuxarı

-            BKİ<18, BKİ >30

-            zərərli vərdişlər

 

II.  Mama-ginekoloji anamnez: 

-             doğuşların sayı 4 və daha çox olan hamilə qadınlar

-            təkrari və ya fəsadlaşmış abortlar

-            uşaqlığında inkişaf qüsuru olan hamilə qadınlar

-            sonsuzluq

-            induksiya olunmuş hamiləlik

-            uşaqlıq və artımlarda cərrahi müdaxilə

-            inkişafdan qalmış hamiləlik

-            vaxtından qabaq doğuş

-            anamnezində Keysəriyyə kəsiyi əməliyyatı olan hamilələr

-            anamnezdə preeklampsiya, eklampsiya

-            anamnezində 3 və ya daha çox özbaşına düşük olan hamilələr

-            əvvəlki hamiləliklər, doğuş və doğuşdansonrakı dövrdə psixoz

-            anamnezdə ölüdoğulma və ya yenidoğulmuşun neonatal dövrdə ölümü 

-          əvvəlki hamiləliklərdə dölün anadangəlmə inkişaf qüsuru

-            əvvəlki hamiləliklərdə dölün bətndaxili inkişafının ləngiməsi

-            ailədə genetik xəstəliklər

 

III. Ekstragenital xəstəliklər:  

hipertenziya, ürək-damar sisteminin xəstəlikləri, qan xəstəlikləri, hemostaz pozuntular, sidik-ifrazat sisteminin xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, psixi xəstəliklər, epilepsiya, endokrinopatiya, autoimmun xəstəliklər, onkoloji xəstəliklər, kəskin və xronik infeksiyaları olan hamilələr, İİV infeksiyalı hamilələr.


AZİNFORM.AZ





up