Ginekoloq Əfsanə Məsimova: "Uşaqlıq boynu yetməzliyi hamiləliyin düşüklə nəticələnməsinə səbəb olur"
21-11-2022, 17:03

"Uşaqlıq boynu yetməməzliyi  hər üçüncü erkən doğuşun əsas səbəbidir."

Bu sözləri saytımıza açıqlamasında cərrah, mama-ginekoloq Əfsanə Məsimova öz açıqlamasında deyib. 

AZİNFORM.AZ cərrah, mama-ginekoloq Əfsanə Məsimovanın xəstəliklə bağlı geniş açıqlamasını sizə təqdim edir:

Uşaqlıq boynu yetməməzliyi (İstmiko-servikal çatışmazlıq) nədir? - Uşaqlıq boynunun vaxtindan əvvəl potoloji qısalması deməkdir. Bununla bərabər uşaqlıq boynu kanalının və daxili dəliyinin genəlməsidir. 

İstmiko-servikal çatışmazlığın  inkişaf səbəbləri üzvü, funksional və ya anadangəlmə ola bilər. 

Üzvü səbəblər uşaqlıq boynunun zədələnməsi hallarıdır.  Ən çox rastlanan isə üzvü səbəblərdir yəni anatomik struktur dəyişiklikləridir. Məsələn çanaq gəlişi ilə olan, ildırım sürətli doğuşlar, iri döl, cərrahi abortların aparılması, döldağıdıcı əməliyyatlar, uşaqlıq boynundakı monipulyasiyalar və.s..

Funksional çatışmamazlıqlar əsasən hormonal xəstəliklər səbəb olur. Funksional pozğunluqlarda anatomik dəyişikliklər olmur. Daxili cinsiyyət üzvlərinin uzun müddətli iltihabı, polikistik over sindromu, qadınlarda kişi tipli hormanlarının artışı artıq uşaq boyu yetməzliyinin funksional pozulmalara gətirib çıxarır.

Anadangəlmə qüsurlar isə anatomik inkişafsızlıq nəticəsində meydana gəlir.

Uşaqlıq boynu yetməzliyi vaxtından əvvəl düşüklərin yəni hamiləliyin vaxtından əvvəl sonlandırılmasına səbəb olur. Bu xəstəliyin qarşısını almaq üçün cərrahi və konservativ müdaxilə mümkündür. Cərrahi müdaxilə əsasən planlı sirkulyajdı yəni uşaqlıq boynuna tikiş qoyulur. Bu hamiləliyin 12-ci və ya 14-cü həftəsində mümkün olur. Uşaqlıq boynuna n şəkilli tikiş qoyularaq uşaqlıq boynu tamamilə bağlanılır və hamiləliyin 37ci həftəsində tikişl sökülür. Ağrısız üsuldur, venadaxili narkozla həyata keçirilir. 1 gün kliniki şəraitdə qalır və sonra evə təxliyə olunur. Aktiv doğuş mərhələsində və uşaqlıq daxili infeksiya varsa bu tikişlərdən istifadə etmək olmaz. İstmiko-servikal çatışmazlığın nəyin ki, tikiş vasitəsilə digər alternativ və yaxud kombinə müalicə üsulları vardır.  Progestron tərkibli həblərdən, şamlardan istifadə etməkdir. Həmçinin pessarilərdən də istifadə edilir. Pessari uşaqlıq yoluna yerləşdirilən xüsusi rezin halqadır. Tikiş qoymağa şərait olmadığı halda pessarilərdən istifadə edilə bilər. Bəzən isə müalicələr kombinə şəkildə aparılır. Həm pessaridən, həm tikişdən həm də konservativ müalicədən istifadə olunur.

Bu xəstəliyin diaqnozunu qoymaq üçün ciddi üzvü dəyişikliklər istisna olmaqla çox çətindir. Çünki müasir dövrdə olan testlər çox az informativdir.

  






up