Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
13-12-2024, 17:37

Xəbər verdiyimiz kimi ötən gün ulduz futbolçu Lionel Messi və onun komanda yoldaşları Luis Suares, Xordi Alba və Serxi Buskets bir günlük Azərbaycana səfər edib.

Qonaqları iş adamı Adnan Əhmədzadə Bakıya gətirib. Paytaxtın gəzməli və görməli yerlərində qonaq edib, məşhur restoranlarında ziyafət verib.

Ən əsası isə Bakı Kristal Zalında səkkiz dəfə “Qızıl top” mükafatçısı fanatları izdihamlı görüşü təşkil olunub. Biletlər isə 50 manata satılıb.

Araşdırmalarımız nəticəsində iddia olunur ki, iş adamı Adnan Əhmədzadə ulduz futbolçulara Bakıya gəlmək üçün 1.2 milyon dollar vəsait xərcləyib. Belə ki, futbolçulara 1 milyon dollar səfər üçün vəsait verilib. Məlumatda Messiyə 300 min dollar, digərlərinə isə 150 min vəsait ödənilməsi və xüsusi ayrılmış özəl təyyarə ilə Bakıya səfər etmələri bildirilir. Həmçinin paytaxtın prestijli otelində yerləşərək, bahalı restoranlarında qidalannmaları, özəl mühafizə və xüsusi ilə ayrılmış lüks avtomobillərlə gəzmələri qeyd olunur. Məlumatda həmçinin qonaqlara bahalı hədiyyələr verilidiyi bildirilir.

Lakin çox təəssüf ki, ulduz futbolçu Bakıya səfəri barədə özünün sosial hesablarında heç bir paylaşım etmədi. Messiyə kifayət qədər isti münasibət göstərilməsinə baxmayaraq, onun ölkəmizə qarşı laqeyid münasibəti insanlar arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Təəssüflər olsun ki, Messinin bu biganəliyi, faktiki olaraq Bakıya gəlməyibmiş kimi davranışı onun ölkəmizdəki fanatlarının da üzüntüsünə səbəb olub.

Argentinalı ulduzla yanaşı, onun komanda yoldaşları Luis Suarez, Jordi Alba və Serxio Buskets də ölkəmizlə bağlı özlərinin sosial şəbəkə hesablarında heç bir paylaşım etmədilər.

Sosial şəbəkə istifadəçiləri və ictimayyət nümayəndələri Adnan Əhmədzadənin növbəti uğursuz projesi kimi qeyd olunduğunu bildrirlər. Bakı sakinlərində başqa ulduz futbolçuların Azərbaycana gəlmələrindən heç kəs xəbərdar olmadı. Belə ki, heç bir beynəlxalq media, idman portalları və xarici sosial hesablarda məlumatlar yayımlanmadı.(xalq.az)





up