Cərrah mama-ginekoloq Əfsanə Məsimova - Hamiləlik düşüklərinin səbəbləri və əlamətləri
5-11-2022, 19:16

"Hamiləlik düşükləri 20 həftədən öncə özbaşına baş verən hamiləlik sonuçlanmasıdır. Əsasən düşüklər hamiləliyin 12-ci həftəsinə qədər olan müddətdə baş verir.".

Bu sözləri AZİNFORM.AZ saytına Hamiləlik düşükləri haqqında danışarkən tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova öz açıqlamasında deyib:

Hamiləlik düşüklərin kliniki simptomları - vaginal ləkələr və ya qanama, qarın və bel bölgəsində şiddətli ağrılar, qızdırma, ürəkbulanma  hallarının olmasıdır. Hamiləlik düşüklərinin əsas səbəbi isə genetik səbəbdir. Anormal genlər və xromosomlardır. Xromosom anomaliyalar boş hamiləlik kisəsi problemlərinə yol aça bilər.  Səbəblər həm ana və həm də döl tərəfindən qaynaqlandığına görə ananın və dölün sağlığında və düzgün inkişafında bir problem olarsa təbii ki, bu  hamiləliyin vaxtından əvvəl uğursuz nəticələnməsinə gətirib çıxara bilər.  Anada olan ekstragenital problemlər - şəkərli diabet xəstəliyi, infeksiyalar, uşaqlıqboynu problemləri, trioid xəstəliyi, hormonal pozğunluqlar dölə ciddi təsir edə bilər. Düşüklərin səbəbləri çox çeşidlidir. Burada ananın yaş faktoru da risk yaradır. Yaşı 35-dən çox olan qadınlarda düşük sayı daha çoxdur. 45 yaşında isə risk artıq 80%-ə qədər qalxa bilər. Yaş artdıqca düşük riski daha da artır. Düşüklərin sayı 2 və daha artıq olarsa bu da hamiləlikdə düşük riskini artıran faktorlardan sayılır. Uşaqlıq anomaliyaları, daxili septum, ikibuynuzlu uşaqlıq və ən əsası uşaqlıq boynu yetməzliyi hamiləlik düşüklərinin əsas səbəblərindəndir. Qadının zərərli vərdişləri olması xüsusəndə siqaret, uyuşturucu maddələr, alkaqol qəbul etməsi, əsəb, stres, depressiya, ağır işlərlə məşğul olması da hamiləliyi risk altında qoya bilər." - deyə həkim bildirib.

Qeyd edək ki, vaxtında profilaktik tədbirlər görməklə hamiləlik düşüklərinin bir çox hallarda qarşısını almaq mümkündür.

AZİNFORM.AZ

AFAK.M

 





up