Tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynov doğma yurdu Laçını ziyarət edib.
AZİNFORM.AZ xəbər verir ki, əməkdar artist ermənilərin viran qoyduğu doğma yurdun ziyarətinə gəlib.
Uca dağlar başında özünəməxsus şirin, məlahətli səslə sanki o yerlərin öz sakinlərindən incikliyini ifadə edir: “Küsdürmüsən ey, gəl, könlümü al, yarım...” Yox, daha küskünlük yoxdur! Ali Baş Komandanın siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşməndən döyüşsüz geri alınan Laçına qayıtmağımıza çox az qalıb...
Qeyd edək ki, muğam ustasının otuz ildən sonra baş tutan səfərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti videoçarx həsr edib.
Ətraflı videomaterialda izləyə bilərsiniz: