Ginekoloq Əfsanə Məsimova: "Hər bir hamilə qadın qida rasionuna fikir verməlidir"
27-11-2022, 17:42

"Normal hamiləlik xəstəlik sayılmır yəni fizioloji  hal kimi qəbul edilir. Hər bir hamilə qadın qida rasionuna xüsusi fikir verməldir."

Bu sözləri cərrah, mama-ginekoloq Əfsanə Məsimova mövzu ilə əlaqədar AZİNFORM.AZ-ın suallarını cavablandırarkən  deyib: 

"Hamiləlik dönəmində əsasən gündə 3 dəfə qidalanma tətbiq edilməli və 3 dəfə də ara öyünlərlə qidalanmalıdır. Qida rasionunda əsas yerdə maye durur. Gün ərzində hamilə qadın 1.5-2 litrə qədər təmiz qazsız su qəbul etməldir. Gündə 300-400 qram tərəvəz, 200-300 qram meyvə yeməlidir. Meyvələr ancaq mövsümə uyğun təbii və orqanik meyvələr olmalıdır. Hamiləlik dönəmində qadının hamilə olması onda qan azlığı yaradır. Dəmirə bağlı qan azlığı əsasən rastlanır. Hamiləliyin 20 həftəsindən sonra bütün hamilə qadınlara tövsiyyə edirik ki, həftədə 4 dəfədən az olmayaraq ətli xörəklər yesinlər.". 

"





up