Polikistik over sindromu və yaxud yumurtalıqların polikistoz sindromu ( Stein-Leventhal Sendromu) metabolik bir pozğunluq deməkdir. Əsasən piylənmə, insulinə rezistentlik, hiperandrageniya kimi özünü göstərən simptomlar kompleksidir.
Bu sözləri AZİNFORM.AZ saytına xəstəlik haqqında danışarkən tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova öz açıqlamasında deyib:
"Polikistik yumurtalıqlar normal ölçüdən daha çox böyük olmağı və follikullar sayının normadan 2 və daha artıq görüntülənməsi deməkdir. Bu xəstəliyin diaqnostikası USM müayinəsi ilə həyata keçirilir. Bu zaman yumurtalıqların en kəsiyində 12 və daha çox kistlərin görülməsi aşkarlanir. Xəstəlik hormonal pozğunluqdur. Adət dönəminin normal vəzyyətində fallikullarin böyüyüb partlaması prosesi baş verir lakin bu xəstəlik zamanı fallikullar böyümür və çox saylı kistlər şəklində təzahür edirlər.
Polikistik yumurtalıqların simptomları - menstrual tsiklin pozulması, saçları yağlanması, saç tökülməsi, artıq çəki, arıqlaya bilməmək, hamilə qalmaq problemləri, dəridə sızanaqlar, dəri yağlanması və.s. Bu simptomlar sonsuzluğa gətirib çıxarır. Xanımlarda əsasən bu xəstəliyi sonsuzluqla bağlı müraciət etdikləri zaman aşkarlayırıq.
Səbəbi bilinməyən bu xəstəlik polietioloji bir xəstəlikdir. Bir neçə xəstəliyin təzahürü kimi özünü göstərəir. Daha doğru desək simptomlar kompleksidir. Bele qadınlarda hiperondregeniya olur ki, bu da kişi hormonlarının artımı ilə əlaqədardır. Xanımlarda bu xəstəlik, adətən menstrual tsiklin pozulması və ya heç olmaması ilə bağlı şikayətlə gələn zaman da aşkarlanır. Tüklənmələr, sızanaqlar da geniş yayılmış əlamətlərdəndir. Müalicəsi konservativ və ya cərrahi yolla həyata keçirilir.
Qadınlar vaxtlı-vaxtında ginekoloji müayinələrdən keçsələr bu tipli xəstəlikləri vaxtında aşkar edib müalicə etmək daha asan olar. Bizə müraciət edən qadınlar arasında belə xəsətələr çoxdur və düzgün müalicə nəticəsində belə xəsətliklərə qalib gələrək xanımların ana olmasına maksimum yardım edirik.".