İqtisadiyyat Nazirliyinin nəzərinə! - Yerli broyler fabrikləri dondurulmuş toyuqları "kənd toyuğu" adı ilə satır
22-06-2022, 15:23
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ölkədə və dünyada əmtəə çatışmazlığı günümüzün əsas həll edilməli məsələlərindən biridir. Ölkə iqtisadiyyatı bu yolda nə qədər ciddi addımlar atsa belə hələ də bu məsələ öz risklilik meyarını itirməyib.

AZİNFORM.AZ xəbər verir ki, Azərbaycana idxal olunan "Belarus toyuqları"-na qarşı ciddi qarayaxma kampaniyası aparılması ilə bərabər marketlərdə yerli dondurulmuş kənd toyuqları daha baha qiymətə kənd toyuğu adı ilə satılmağa başladı.  Belarusa toyuqlarının keyfiyyətsiz məhsul olmasına dair bar-bar bağıran Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət  Həsənlinin cavabını isə AQTA çox sərt şəkildə verdi. Xalqımıza bəlli oldu ki, bu toyuqlar əslində marketlərdə satılan toyuqlardan keyfiyyətcə geri qalmır və üstəlik şoklandırılmış broyler toyuqları deyil. 

Eləcə də oxu: AQTA Mürvət Həsənlinin cavabını verdi: Belarus toyuqları istifadəyə tam yararlıdır

Buna baxmayaraq yenə də bütün idxal edilən toyuqların kənd toyuğu olmadığını haqsız irad bildirərək toyuq məhsullarını geri çağırdılar. Broyler olmayan toyuq, kənd toyuğu hesab edilə bilməz? Axı bu toyuqlar 40 günlük cücələr deyil. "Kənd toyuğu" statusunu Belarus toyuqları üçün ləğv etdilər. Bu toyuqların idxalı ilə məşğul olan şirkətləri cərimələdilər. Şəkillərdən də görəcəksiniz ki, yerli firmalarda dondurulmuş toyuq satır və kənd toyuğu adı ilə artıq marketlərdədir. Məhsulun üzərində nə istifadə tarixi nə zülal, yağ və enerji göstəriciləri göstərilməyib. Qiymətləri isə 1.85 manata qədər artım ilə yerləşdirilib.

Mürvət Həsənlinin başladığı süni qiymət artımı kampaniyası ən başda prezidentimizin, ölkəmizin, dövlətimizin apardığı islahatlara qarşıdır. 

Redaksiyamıza daxil olan məlumatlardan da açıq-aydın görünür ki, bu mətbu dərclərin əsas məqsədi yerli firmalar dondurulmuş toyuqları kənd toyuğu adı ilə bazarlarda baha qiymətə sata bilsin. Bu süni qiymət artımı kimlərin cibini doldurur? Xalqımız bahaçılıq içində dünyada baş verən böhranın içərisindən necə çıxa bilər? Bu suallara cavab tapmağa  ümüd edirik ki İqtisadiyyat Nazirliyi öz köməyini göstərəcək. Bu cür süni bahalaşmanın qarşısını alacaqlar. 

Qarşı tərəfində bu mövzu ilə bağlı  mövqeyini dərc etməyə hazırıq..

 





up