Belarusiyadan gətirilən kənd toyuqları ilə bağlı qarayaxma kampaniyasını aparanlar kimlərdir? - AÇIQLAMA
2-06-2022, 01:45

Son dövrlər mətbuatda Belarusiyadan gətirilmiş toyuqlar barəsində qarayaxma kampaniyası aparan saytlar tərəfindən tamah və qəpik-quruş üçün yazılmış yazılar dərc edilir.

AZİNFORM.AZ xəbər verir ki, sifarişli yazıların birində xanım müştəri video çəkib. Yayılan görüntülərdə  xanım deyir ki, "Salafanı açıram içərisinən qara toyuq çıxır."   

Belarusiya kənd toyuqlarını Azərbaycana gətirən sahibkar  Anar bəy bu barədə saytımıza açıqlama verib:

"Broyler toyuqları antibiotik və digər dərmanlarla şişirdilmiş toyuqlardır. Bu toyuqlar bir çox xəstəliklər xüsusən də  xərçəng xəstəliyinin yaranması riskini daşıyır. Təqribən 40 günlük cücələrin bu şəkildə yetişdirilməsi ilə kənd toyuqlarının arasında fərq çoxdur. Bizim gətirdiyimiz toyuqlar kənd toyuqlarıdır. Bu toyuqların broylerdən fərqi odur ki, kənd toyuqları şoklanmır. Broyler toyuqları şoklanır deyə sümüyünə kimi yumşaq olur. Gətirilən toyuqlar - 62 dərəcədə dondurulur. Hər hansı canlını ölü halda dondursaq qaralması mümkündür.  Belarusiya dövlətində istehsal dövlətin özünə məxsusdur. Belarusiya kənd toyuqlarını istehsal edən "Minsk-1" zavodu Prezident Administrasiyasına tabedir. Orada hər bir gigiyenik qaydalara riayət olunaraq hazırlanan toyuqlar satışa buraxılır. Belarusiya toyuqları ilə bağlı lazım olan sertifikatlar, o cümlədən halal olmasına dair sertifikat mövcuddur. 

Bu barədə bəzi saytlar işbaz qurumların sifarişləri əsasında ölkəyə gətirilən kənd toyuqlarına qarşı süni ajotaj yaradan xəbərlər yayırlar. Quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli kimi işbazlar sahibkarlığın inkişafına zərbə vurmağa çalışırlar.  Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarlara və eləcə də sahibkarlığa dəstək olmalarını istəsələrdə bəzi qurumlar bu fikirləri təəssüflər olsun ki, gözardı edirlər. ".

Müsahibimiz açıqlamasında bildirib ki, ölkədə bəzi toyuq istehsalı ilə məşğul olan "Siyəzən", "Mərcan" və digər şirkətlər süni qiymət artımı yaratmaq istəyirlər. 

AZİNFORM.AZ saytı sonda bütün oxucularına sahibkar tərəfindən göndərilmiş sertifikatları təqdim edir:



 

 

Mövzu ilə bağlı adı çəkilən şəxslərin və şirkətlərin mövqeyini də dərc etməyə hazırıq.

AZİNFORM.AZ





up