Belarus toyuqlarının Azərbaycana idxalı ilə məşğul olan iş adamı Anar İsmayılov: “Ucuz və keyfiyyətli məhsulla xalqımızın xidmətindəyik”
6-06-2022, 14:21

Bir müddət öncə mətbuatda Belarusiyadan gətirilmiş toyuqlar barəsində materiallar dərc olunur. 

Sosial şəbəkədə paylaşılan  video görüntüdə   xanım iddia edir ki,  mağazadan aldığı məhsul qaralıb və köhnəlib. 

İddia edilən məsələ ilə bağlı Belarusiya kənd toyuqlarını Azərbaycana gətirən “AFM construction” MMC-nin rəhbəri, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti, sahibkar Anar İsmayilov AZİNFORM.AZ-ın suallarını cavablayıb. 

Sahibkar bildirib ki, sözügedən görüntülər bəzi qurumların, şirkətlərin qarayaxma kompaniyasıdır. 

A.İsmayılov müsahibəsində onu da qeyd edib ki, bu yolla bizim xalqa xidmətimizin qarşısını almaq istəyirlər, çünki  vətəndaşa ucuz olduğu kimi, keyfiyyətli məhsulları təklif etməyimiz kimlərisə qıcıqlandırır. 

AZİNFORM.AZ həmin müsahibəni təqdim edir: 

-    Şirkətinizin məhsulları barədə yayılan məlumatlar haqda nə deyərdiniz?

-    Əlbəttə xəbərimiz var. Bu bizimlə rəqabət aparmaq istəyən ölkəmizin bəzi məşhur toyuq istehsalı ilə məşğul olan şirkətlərinin “rəqabət” üsuludur. Çünki onlar süni qiymət artımı istəyirlər. Biz isə buna qarşıyıq. 

Vurğulamaq istəyirəm ki,  broyler toyuqları antibiotik və digər dərmanlarla şişirdilmiş toyuqlardır. Bu toyuqlar bir çox xəstəliklər xüsusən də  xərçəng xəstəliyinin yaranması riskini artırır. Təqribən 40 günlük cücələrin bu şəkildə yetişdirilməsi ilə kənd toyuqlarının arasında fərq çoxdur. 
Bizim gətirdiyimiz toyuqlar kənd toyuqlarıdır. Bu toyuqların broylerdən fərqi odur ki, kənd toyuqları şoklanmır. Broyler toyuqları şoklanır deyə sümüyünə kimi yumşaq olur. Toyuqlar yüksək dərəcədə dondurulduğu üçün don vəziyyətdə rəngi tündləşir

Belarusiyadan gətirdiyimiz  toyuqlar 40 günə hansısa dərman vasitələri ilə şişirdilmiş toyuqlar deyil. 

Gətirilən toyuqlar - 62 dərəcədə dondurulur. -18 dərəcə soyuducu kameralarda saxlanılır.  Bu səbəbdən tünd qırmızı rəngdə olur. Bu qara rəngdə deyil. Hər hansı canlını ölü halda dondursaq rənginin tündləşməsi mümkündür.  Məhsulumuzun donu açıldıqdan sonra isə rəngi açılır, normal ağ rəng olur. Bunu yenidən dondurmaq lazım deyil. 

Donu açıldıqda toyuqların rəngi normal toyuq əti rəngində olur.

Bizim məhsul gömrük xərcləri ilə birlikdə 2.20 AZN-ə başa gəlir. Biz də həmin məhsulu 2.80 AZN-ə satırıq. Çünki qanunvericilik onu tələb edir ki, ölkəyə gətirilən malın alış qiymətinin 100%-dən artıq, malın üzərinə qiymət əlavə oluna bilməz. Bizim bir məhsuldan qazancımız cəmi 60 qəpikdir. 

Buna baxmayaraq mən bir vətəndaş kimi ölkəmə ucuz və keyfiyyətli məhsul gətirirəm. 

- Sizi bazardan çıxarmaq?

- Əvvəldə də dediyim kimi, bu barədə bəzi saytlar işbaz qurumların sifarişləri əsasında ölkəyə gətirilən kənd toyuqlarına qarşı süni ajiotaj yaradan xəbərlər yayırlar. 

Bundan əlavə, bəzi reket jurnalsitalər müəyyən məqsədlərə nailolmaq, pul qoparmağa çalışmaq istəyirlər.

Quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli kimi işbazlar sahibkarlığın inkişafına zərbə vurmağa çalışırlar.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə mütəmadi olaraq xəbərdarlıq edir və bu istiqamətdə Fərman və Sərəncamlar imzalayır.

Ancaq təəssüflər olsun ki, bəzi qurumlar bu fikirləri təəssüflər olsun ki, gözardı edirlər. 

Bununla bağlı lazımı qurumlara, ölkə başçısına müraciət ünvanlamışıq. Əminik ki, ölkəyə həm ucuz həm də keyfiyyətli mal gətirənlərə mane olmaq istəyənlərin qarşısı alınacaq. 

- Qeyd edirsiz ki, gəlir azdır. Belə olduğu halda ölkəyə bu malları gətirməkdə məqsəd olaraq əsas prioritet nədir?

- Biz bu ölkənin vətəndaşı olaraq kasıb ailələrin də büdcəsini nəzərə alaraq bu işə başlamışıq. 

Halbuki, bu gün bazarlarda toyuq ətlərinin qiyməti 8 manatdan çoxdur.  Yerli toyuq istehsalı edən şirkətlər, sexlər suni qiymət artımı ediblər, toyuq məhsullarının qiymətlərini kəllə-çarxa qaldırıblar. Deyəsən onlar üçün aztəminatlı ailələrin,  kasıb vətəndaşın durumu önəmli deyil.

- Bu bazarda özünüzə necə yer etməyi düşünürsünüz?

- Bahalaşmanı aradan qaldırmaq üçün ölkəyə mütləq keyfiyyətli məhsullar daxil olmalıdır ki, qiymətlər düşsün. Gördüyümüz iş də xalqa xidmətdir.

-  Necə yəni?

-  Bizim də məqsədimiz xalqımıza ucuz, amma keyfiyyətli məhsul satmaqdır.  

Çünki biz sahibkar olmaqdan əvvəl vətəndaşıq. Şirkətimizin öncəliyi xalqa xidmətdir. Biz də vətəndaşın büdcəsini düşünərək işimizə start vermişik. 
Müştəri məmnuniyyəti vacib məsələdir. Biz də istəyirik ki, vətəndaşlarımız məhsulların həm qiymətindən, həm də keyfiyyət və dadından məmnun qalsın. 

Əlavə olaraq onu deyim ki, məhsullarımız dərmanla böyüdülmədiyi üçün, istifadə tarixi az olduğuna görə, günlərlə market köşələrində qalmır, tələbat böyükdür.   

Həmçinin məhsullarımız halal kəsimdir. Çünki hər bir ölkədə istənilən dindən olan insanlar üçün yerlər olduğu kimi, məscidlər də var.  

Nəzərə alınır ki, bu toyuqlar müsəlman ölkələrinə də satıla bilər. Bu baxımdan məhsullara halal sertifikatı verilir. 
Hər zaman açıqlamalarımızda da qeyd edirik ki, Belarusiya dövlətində istehsal dövlətin özünə məxsusdur. Belarusiya kənd toyuqlarını istehsal edən "Minsk-1" zavodu Prezident Administrasiyasına tabedir. Orada hər bir gigiyenik qaydalara riayət olunaraq hazırlanan toyuqlar satışa buraxılır. 





up