Yumurtlayan toyuqlar antibiotiklə böyüdülmür - Təbii yetişdirilmiş toyuq ətidir
13-06-2022, 13:43

Belarus toyuqları yumurtlayan toyuqlardır. Bu o deməkdir ki bu toyuqlar 40 gün içərisində iynə ilə şişirdilmiş cücələr deyil.

AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdə aparılan müzakirələr zamanı  çaşğınlıq yaratmaq istəyən insanlar var. 

Azərbaycana idxal edilən Belarus toyuq məhsulları yumurtlayan toyuq ətidir. Broyler toyuğu deyil. Broyler toyuqlarının yumurtlaması qeyri-mümkündür. Çünki onlar vaxtından əvvəl müəyyən üsullarla süni böyüdülmüş cücələrdir. 

Yumurtlayan toyuqlar antibiotiklə şişirdilmədən müəyyən bir müddət yaşayaraq böyük toyuq vəziyyətinə gəlibsə bu necə kənd toyuğu hesab edilə bilməz? APEPEA rəhbəri Mürvət Həsənli yumurtlayan toyuğu təəssüf ki, şəhər toyuğu hesab edir.

Bir "kənd" sözünə görə bu toyuqlar marketlərdən geri çağrılır. Amma bu o demək deyil ki, bu toyuqlar qidalanmağa yararlı deyil. Bununla bağlı AQTA açıqlama verərək belarus toyuqlarının tam qidaya yararlı məhsul olduğunu rəsmi olaraq açıqlamışdır

Eləcə də oxu: AQTA Mürvət Həsənlinin cavabını verdi: Belarus toyuqları istifadəyə tam yararlıdır





up