AQTA-nın fəaliyyətinə kölgə salanların əsas məqsədi bilindi - FOTOFAKT
8-06-2022, 14:08

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) vətəndaşlara müraciət edərək ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara münasibətdə ehtiyatlı davranmalarını xahiş etməyinin əsl səbəbi artıq bilinir. Demək bu kənd toyuqlarının bir günahı var o da Belarusiyadan gətirilməsidir.

APEPEA mətbuatda silsilə şəkildə yazılar yazdırmaqda əsas məqsədi onun prinsiplərinə tabe olmayan sahibkarların fəaliyyətinə zərbə vurmaqdı. Çünki bazarda cəmi 2-3 % yer tutan belarus toyuqları onların pulunun azalmasına və ucuzluğun yaranmasına səbəb olur. 

Bütün saytlarda gedən məlumatlardan da aydın olur ki, APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə kölgə salmağa çalışır. Çünki onların icazəsi ilə bazarlarda satışa çıxarılan bu toyuqların qida kimi qəbul edilməsi məqsədəuyğundur.  Alıcılar isə toyuq seçimində azaddırlar. 

Belarus toyuqlarının saytlarına istinadən yazı yazan bəzi "jurnalistlər" daha geniş araşdırmalar aparsalar görərdilər ki, o sayt natamamdır yəni tam olaraq məlumatlarla doldurulmayıb. Qeyd edilən Belarusiya zavodları toyuq istehsalı ilə məşğuldur və həm də 40 günlük şişirdilmiş cücə deyil, təbii şəkildə böyüdülmüş toyuq əti istehsal edirlər. 

Necə olur ki, "Belarus toyuqları" ikinci dərəcəli olur amma yerli toyuqlar həmin qiymətə "kənd toyuğu" kimi satılır?

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənlinin bu atəşli yazılarının əsas səbəbi, yerli şirkətlərin  "kənd toyuqları" adı ilə məhsullarının marketlərdə artıq satışda olmasıdır. Buradan artıq oxucularımıza da məlum oldu ki,  qeyd edilən məlumatlar xalqı fikirləşməyə yox bazarı tam olaraq ələ keçirməyə hesablanıb.

AZİNFORM.AZ sizə yerli "kənd toyuqları"nın da ucuz qiymətə satışda olmasını təqdim edir:

 






up