Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda aktiv istifadə edilən "WhatsApp" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
AZİNFORM.AZ xəbər verir ki, hazırda platforma üzərindən mesaj göndərmək istəyən istifadəçilər buna nail ola bilmirlər.
Nasazlığın qlobal xarakter daşıdığı bildirilir.
Həmçinin, problem ölkəmizdəki istifadəçilərdə də yaşanmaqdadır.
***
“WhatsApp” tətbiqinin fəaliyyətində müşahidə olunan problemlər aradan qalxıb.
İstifadəçilər artıq mesaj göndərməkdə çətinlik yaşamır.