"WhatsApp" sosial şəbəkə platformasında problemlər yaranıb.
AZİNFORM.AZ xəbər verir ki, problemin yaranma səbəbi hələ ki məlum deyil.
Qurum tərəfindən bununla bağlı açıqlama verilməyib.
Yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.
Sosial şəbəkəyə rəhbərlik edən "Meta" şirkətinin sözçüsü məsələyə belə açıqlama verib: "Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və "WhatsApp"-ı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq".