Özgü və Özcanın rol alacağı serialla bağlı YENİ XƏBƏR
13-08-2023, 10:43

Uzun müddətdən sonra ekranlara qayıtmağı planlaşdıran aktrisa Özgü Namal Özcan Dənizlə eyni serialda rol alacaq.

AZİNFORM.AZ axşam.az-a istinadən bildirir ki, onlar birlikdə "Kızıl goncalar" serialında çəkiləcəklər. Bu dəfə isə serialın rejissorunun adı açıqlanıb.

Faruk Turgutun imza atacağı serialın ssenarisini Necati Şahin yazıb. FOX TV-də efirə gedəcək ekran işinin rejissoru Ömür Atay olacaq.

Qeyd edək ki, Özcan son olaraq "Seni çok bekledim" serialında rol alıb.





up