Məşhur aktrisa yenidən ekranlara qayıdır
6-07-2023, 09:45

Türkiyənin məşhur aktrisası Özgü Namal 9 illik fasilədən sonra ekranlara qayıdır.

AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa “Qızıl qönçələr” serialında çəkiləcək. Onun tərəf müqabili aktyor Özcan Dəniz olacaq. Serialın mövzusu və yayımlanacağı tarix isə hələlik bilinmir.

Qeyd edək ki, Özcan Dəniz sonuncu dəfə “Seni çok bekledim” serialında çəkilib.

2014-cü ildə “Mərhəmət” serialında rol alan Özgü Namal 2020-ci ildə həyat yoldaşının vəfatından sonra ekranlarda görünmək istəməyib.  /unikal/





up