Müğənni Elşad Qarayev canlı efirdə Əməkdar artist Şəbnəm Tapdığı ələ salıb.
AZİNFORM.AZ xəbər verir ki, müğənni "7 Canlı" verilişində Şəbnəm Tapdıqla zarafatlar etməyə başlayıb.
Həmkarının zarafatlarıa reaksiya verməyən Şəbnəm Tapdıq sonda dözməyərək, etiraz edib. Elşad Qarayevin həmkarına "yaxşı, yaxşı özünü ələ al" deməyinə isə Əməkdar artist "mən ağlayıram ki?" deyə cavab verib.
O, Elşad Qarayevə "bəsdi də, yekə oğlansan, səhərdən elə zarafat-zarafat" deyərək etirazını bildirib.
Sözügedən görüntülər tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Elşad Qarayevə bir xanıma qarşı belə etməyi yaraşdırmadıqlarını bildiriblər.