"Məşhur olacağıq, villa, maşın alacağıq..." - Xalq artisti
3-04-2023, 23:07

"Kənddə, rayonda olanın başqa arzusu var. Maşını olanın, olmayanın başqa arzusu olur. Hər xanımın arzusu fərqlidir. Biz bu sənətə gələndə düşünmürdük ki, sənətin müəyyən zirvəsinə yüksələcəyik, məşhur olacağıq, villa, maşın alacağıq, Əməkdar, Xalq artisti olacağıq. Heç vaxt bu niyyətdə olmamışam". 

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Nübar Novruzova deyib.

 Aktrisa sənətə gəlməsindən danışaraq, bunları söyləyib:

 "Məni o qədər əzib, sındırmaq istədilər ki... Bir dəfə verilişə rəqsə hazırlaşırdım. 42 kiloqram çəkim var idi, xarici müğənniləri yamsılayırdım. Veriliş boyunca gözlərimi çəkib efirə verirdilər, bir gecənin içində məşhurlaşdım. Səhər küçəyə çıxanda hamı məndən danışırdı. İndi qocalmışam, yaşlanmışam. Amma indi niyə məni qısqanırlar? Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər. İndi xəyal etdiyim yerdə deyiləm." 

Sağ olsun ölkə başçısı, mənə qiymət verib: "Xalq artistiyəm, Prezident təqaüdü alıram. Prezident ev hədiyyə edib. Amma bir aktrisa hər zaman narazıdırsa, deməli, yaratmağa nəsə var. Deyirlər, bəsdirin, indi cavanlar gəlib nəsə etsinlər. Gəlsinlər, amma onlar da bizdən öyrənirlər."

AZİNFORM.AZ





up