Sahibkarı kimlər şantaj edib? - Zəhərlənmə faktı yalan imiş... VİDEO
3-09-2022, 23:51

Yadınıza gəlirsə, bir müddət öncə ölkə mediasının gündəmində Nabranda yerləşən istirahət mərkəzlərinin birində kütləvi zəhərlənmə olayının baş verdiyi barədə məlumatlar dolaşdı. Yayılan xəbərlərdə "Məkan" İstirahət mərkəzində bir gündə 11 nəfərin yeməkdən zəhərlənməsi qeyd olunurdu.

Bütün qaranlıq məsələlərin üstünün açılmasının 40 gün müddət çəkməsi barədə olan atalar sözünü xatırlatmağa ehtiyac duymadan birbaşa olayın təfərrüatlarına keçək. Onlarla şəxsin işlədiyi, istirahət etdiyi, təbii ki, həm də yemək yediyi bu mərkəzdə əslində nə baş verib?

 "Məkan" istirahət mərkəzinin sahibi Dosmət Səidovun sözlərinə görə, onun bu dırnaqarası zəhərlənmə hadisəsindən səhərə yaxın xəbəri olub. Bəs onda jurnalistlərin əli ilə istirahət mərkəzinin adını əsassız olaraq mənfi imiclə hallandırıb, bu iddiaları ortaya atan kimlər olub? 

İş adamının sözlərinə görə, bütün bu baş verənlər əslində iki nəfərin ucbatından olub. Gəldiyi gündən istirahət mərkəzinin sahibinə öz mənafeyi üçün müxtəlif şərtlər irəli sürən iki nəfər, iş adamının onların təkliflərini rədd etdiyinə görə qaragüruh salmağa çalışıblar....və buna, həm də jurnalistlərin əli ilə nail olublar.

 Bu iki nəfərin ortaya atdığı bu əsassız iddiadan təkcə iş adamı zərər çəkməyib. Olayı işıqlandıran bir neçə həmkarımızla söhbət zamanı məlum oldu ki, jurnalistlər öz yaydıqları xəbərdə Baş prokurorluq və TƏBİBin birgə məlumatına istinad ediblər. Bəs indi görəsən iş adamına və istirahət mərkəzindən işdən çıxarılan işçilərə dəyən zərərə görə kim cavab verəcək?

 Kimdir müqəssir? Birbaşa faktı araşdırmadan ictimai rəyə olayın zəhərlənmə faktı olduğunu söyləyən dövlət qurumları? Yoxsa düz olub olmadığını bilmədən də olsa, başqalarına, daha doğrusu dövlət qurumu və şikayətçiyə istinad edib öz işini görən jurnalistlər?

 Yoxsa özünün şəxsi maraqları üçün bütün hər kəsi aldadaraq, bir neçə ailəni bu mövsümdə işsiz qoymağa nail olan iki nəfər? 

Görəsən kimdir müqəssir?


AZİNFORM.AZ



up