Hər gün yumurta yemək olarmı?
14-08-2023, 18:01

Yumurtanın tərkibi bədəninizin ehtiyac duyduğu bütün vacib amin turşularını ehtiva edir. “O yüksək keyfiyyətli zülal, vitamin B12, vitamin D, A vitamini, dəmir və bir çox digər vacib qida maddələrinin əla mənbəyidir. Bundan əlavə, yumurtanın tərkibində omeqa-3 yağ turşuları kimi sağlam yağlar da var.  ABŞ alimləri 34-illik araşdırmanın nəticələrini elan ediblər. Alimlər bu illər ərzində 200 mindən çox insanın qidalanmasına nəzarət edirdi.

AZİNFORM.AZ xarici KİV-lərə istinadla bildirir ki, araşdırma insan qidalanması ilə bağlı bir çox suallara cavab verib.

Belə ki, araşdırmanın nəticələrinə görə, hər gün 1 toyuq yumurtasını yemək olar. Bu ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin yumurtanın tərkibində olan maddələr beyinin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir, sümük və əzələlərin sağlamlığını qoruyur, artıq çəki yığmamağa yardım edir.  

Mütəxəssislər gün ərzində 1 ədəddən çox yumurta yeməyi tövsiyə etmirlər. 


AZİNFORM.AZ 





up