Qreçkanı 3 gün suda saxlayın və sonra yeyin: Görün nəyə dərmandır
8-11-2022, 22:23

Uşaq vaxtı yediyiniz hər şey daha dadlı idi. Meyvəsindən tutmuş tərəvəzinə kimi, hər bir qidadın gözəl dadı və qoxusu vardı. İndi heç bir qidadan nə o dadı, nə də qoxunu ala bilirik. Təkcə qreçkadan başqa.

“Qreçka” adı ilə tanıdığımız qarabaşaq bitkisi genetik dəyişikliyə məruz qalmadığından, bu gün də oz dadı və qoxusunu qoruya bilib. Buna görə hazırda dünyanın bir çox tanınmış sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Bu da səbəbsiz deyil.
Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır. Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir?
Bir bax kanalındasınız dəyərli izləyicilər. Aşağıda yerləşən bəyən düyməsinə basın ki, video Youtubedə daha çox insanın qarşısına çıxsın.
Qarabaşaq tərkibi fosfor, dəmir, kalsium, maqnezium kimi mikroelementlərlə, A, E, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda ən faydalı yarma sayılır.
Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha azdır.
Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud, yəni ən sağlam və faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə hətta hazır cücərdilmiş qarabaşaq satılır.
Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayıla bilər.
Cücərdilmiş qarabaşağın faydaları ilə tanış olaq:
Orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır. İmmun sistemini möhkəmləndirir, Gümrahlıq və enerji bəhş edir.
Orqanizmi ziyanlı maddələrdən təmizləyir. Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Arıqlamağa kömək edir. Əzələləri möhkəmləndirir, orqanizmi fiziki yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalanmasına daxil edilir.
Xolesterini salır, damarları təmizləyir. Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır.
Təzyiqi tənzimləməyə yardım edir. Damarlarda trombların əmələ gəlməsi riskini azaldır, damarların divarlarını möhkəmləndirir. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır. Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir? 

Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır
Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır. Güclü xərçəng əleyhinə təsirə malikdir
Qarabaşaqdan xalq təbabətində də geniş istifadə olunur.
Boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar. Uşaq bişməcə olanda qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə körpənin rahatlığını təmin etmək olar.
Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.
Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın, sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş qarabaşaq yemək olar.
Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar. Rusiya saytlarına dərc edilən məqalədə bildirilir ki, qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.  
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir.

 





up