“Bədbəxtlər, Rusiya sizdən üz döndərib, hamınızı güllələmək və dar ağacından asmaq lazımdır“
7-03-2023, 21:18

"Rasputina tanınmış rusiyalı musiqiçi Andrey Makareviçin yəhudi dövlətində həyatdan zövq almasını sakitcə seyr edə bilmir..."

Maşa Rasputina Makareviçin, Qalkinin, Puqaçovanın və digər "satqınların" qanına susayıb...

Rusiyanın 58 yaşlı müğənnisi Maşa Rasputina (əsl adı, soyadı Alla Aqeyeva) Putinin Ukraynada törətdiyi müharibəni dəstəkləməyən və Rusiyadan gedən həmkarlarına qarşı çıxıb.

AZİNFORM.AZ xəbər verir ki, xanım artist Rusiyanın НТВ telekanalında "Sən inanmayacaqsan" proqramının efirində qəzəbli sözlər yağdırıb. O, bəyan edib ki, "vətən xainlərinin" və hansısa işğalçıların hamısını edam etmək lazımdır.

"Yaramazları, ölkəmizi işğal edən yad ünsürləri, hər şeyi pula satanları dar ağacından asmaq lazımdır. Hamısını güllələmək və asmaq lazımdır. Mən bunu bəyan edirəm", - Rasputina rusiyalı jurnaşlistlərə deyib.

Proqram redaktorları dəqiqləşdirib ki, Rasputina tanınmış rusiyalı, indi isə israilli musiqiçi Andrey Makareviçin yəhudi dövlətində həyatdan zövq almasını və rusiyalıların anasını ağlatmasını sakitcə seyr edə bilmir.

"Ölkədən gedənlər-Alla, Maksim, Çulpan, Zemfira barədə deyinənləri görürəm...Bədbəxtlər, Rusiya sizdən üz döndərib. Çünki Rusiya sizlər deyilsiniz, onlardır", - süjet müəllifləri tanınmış musiqiçidən iqtibas gətirib.

Xatırlaraq ki, bundan öncə Rusiyanın xalq artisti Liya Axecakova Rasputina kimilərinin təqibinə məruz qalıb. Fevralın əvvəlində o, məlumat verib ki, "Sovremennik" teatrı onu rollarından məhrum edib.

Bir neçə gündən sonra rejissor Kiril Serebrennikov Axedcakovaya dəstək olaraq "Liya üçün məktublar" adlı aksiya təşkil edib. O, baş verənləri "qəbuledilməz və alçaq hərəkət" adlandırıb və aktrisaya laqeyd olmayanları ona dəstək olmağa çağırış edib.

Bu gün bəlli olub ki, Serebrennikovun çağırışına cavab olaraq 15 min pərəstişkarı Liya Axecakovaya dəstək sözləri yazıb.

Bu yaxınlarda siyasi səbəblərdən Rusiyanı tərk edən Moskva Bədii Teatrının aktyoru Anatoliy Belıy Axecakovanı yəhudi dövlətinə dəvət edib. /moderator.az/





up