Mikayıl Müşfiq – Stalin repressiyalarının qurbanlarından olub. 1938-ci ildə Nargin adasında güllələnib.
Federiko Qarsiya Lorka – XX əsrdə yaşamış məşhur ispan şairi. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür. İsaak Babel – XX əsr rus yazıçısı. Antisovet təbliğatçısı kimi həbs olunub, daha sonra öldürülmüşdü. Tomas Mor – İngilis yazar. “Ütopya” əsəri ilə məşhurdur. VIII Kral Henrinin kilsənin başına keçmək istəyinə qarşı çıxdığına görə xain elan olunaraq edam edildi. Ölümündən 400 il sonra Papa tərəfindən müqəddəs adlandırıldı.
Olimpiya de Quj – XVIII əsr fransız yazıçısı. Daha çox pyesləri ilə məşhurlaşmışdı. Sonradan siyasi yazılar yazmağa başladı. Xüsusi ilə Fransa inqilabında aktiv yazılarla çıxış etmişdi. Edam qərarının ləğvi, azadlıq, məhkəmə sisteminin ədalətliliyi, yoxsulluq və s. mövzularda mübarizə aparırdı. Lakin Olimp ən çox qadınların hüququnun qorunması üçün yazılar yazmışdı. O, düşünürdü ki, ədalətsizliyin və bərabərsizliyin mənbəyi kişilərin qadınlar üzərindəki hökmranlığından qaynaqlanır. Bu fikirləri səbəbi ilə 1793-cü ildə edam olundu.
Pir Sultan Abdal – XVI əsrdə yaşamış ələvi şairi, ozan. Türkiyənin Sivas bölgəsində yaşayan və ozana heyranlığıyla tanınan, sonradan Sivasın valisi təyin olunan Hızır Paşa tərəfindən edam edilib. "Çeke sancağı götüre, Şah İstanbul’a otura" – bu misrasıyla Səfəvi dövlətinin tərəfini tutduğu üçün edam olunduğu söylənilir.
Fiqani – Qanuni Sultan Süleyman dövründə yaşamış şair. Sədrəzəm Parqalı İbrahimə yazdığı həcvə («Cihan tapınağına iki İbrahim geldi, biri put kırıcı, digəri ise büt tikən oldu”) görə edam olunmuşdu.
İmadəddin Nəsimi - Hürufilər Əmir Teymur tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub, dərisi soyulub.