Elm adı ilə amansız işgəncələrə məruz qalan siam əkizləri - FOTOLAR
6-11-2022, 14:50

Siam əkizlərinin nadir rast gəlinən hal olduğu və anatomik olaraq birlikdə yaşamaq məcburiyyətində qaldıqları üçün illərlə tibb dünyasının diqqətini çəkən bir mövzu olmuşdur. Bu mövzu ilə yaxından maraqlanan şəxslərdən biri də rus bioloq və fizioloqu Pyotr Anoxin idi. Onun “elm” adına olan marağı iki insanın həyatını zindana çevirməkdən əlavə, elm tarixinin ən amansız təcrübələrindən biri olmuşdur.
Anoxinin təcrübə subyektləri olan Maşa və Daşa əkizlərinin çox acı hekayəsi var.

Novoye-vremya.com təcrübə qurbanı olmuş bu siam əkizləri haqqında yazı təqdim edir.

İnsanın qan dövranı və sinir sisteminin strukturunu öyrənən Anoxinin araşdırma mövzusu siam əkizlər Maşa və Daşa Krivoşlyapovalar idi..
 

Tək qan dövranı sistemi və iki ayrı sinir sistemi ilə doğulan bu əkizlər Anokhinin gələcək təcrübələri üçün “əla” vasitə idi.
 

Əkizlər doğulduqdan qısa müddət sonra götürülüb və analarına onların pnevmoniyadan öldüyü bildirilib.

Daha sonra körpələr Moskva yaxınlığındakı tibb institutuna köçürülür və geniş təcrübələr silsiləsinin bir hissəsinə çevrilirlər.
Əkizlərə körpəlikdən elm adı ilə müxtəlif işgəncələr verilirdi. Hətta digərinə təsir edib-etməsini öyrənmək üçün onların bədənlərinə radioaktiv maddələr də yeridilib.
 

Maşa və Daşa eyni qan dövranı və ayrı-ayrı sinir sistemlərinə malik olduqları üçün onların hər birinin digərinin məruz qaldığı fiziki sıxıntıya necə reaksiya verdiyi ölçülürdü. Bunun üçün onları həddindən artıq soyuq və ya həddindən artıq isti mühitlərə qoyub incitmiş, bir-birlərinin ağrılarını izlətdirmişdilər. 12 yaşına qədər əkizlər işgəncələrə məruz qalıb və qəsdən yuxusuz saxlanılıblar.

 

Onların motorika bacarıqları ölçüldükdə, Maşanın getdikcə daha çox itaətsiz olmağa başladığı və əmrlərə əməl etmədiyi müşahidə edilir.
 

 

Məsələn, o, corabını geyindirmək istəyən tibb bacısını rədd edir və aqressiv davranışlar göstərirdi. Daşa isə özünü Maşanın tam əksi kimi aparırdı. O, itaətkar, mülayim idi və hamı ilə sakit, mehriban danışırdı. Maşa isə tez-tez üçüncü şəxsin Daşa ilə danışmasına mane olmağa çalışırdı.


Uşaqlıqdan bacılar arasında böyük fərqlər nəzərə çarpmağa başladı. Onlar demək olar ki, bir-birinin tamam əksi idilər və aralarındakı uçurum hər gün daha da artırdı.
 

Daşa həddən artıq emosional və uyğunlaşa bilən uşaq idi. Maşa isə aqressiv və yırtıcı idi. Daşa böyüdükcə həyatında romantika və dostluq istəyirdi, Maşa isə həmişə başqasının varlığından narahat idi. Daha sonra Maşa bacısını təhqir və təhdid etməyə başladı.


İlk zorakılıq halları onlar 11 yaşında olanda baş verib. Maşa Daşanı döyüb, burnunu qanadıb və onu öldürəcəyini söyləyir.
 

Daşanın isə yeganə reaksiyası bacısının yatmasını gözləmək və yuxuya getdikdən sonra burnundan axan qanı silmək olub. Daşanın cümləsi tam olaraq belə idi:

 

“Ümid edirəm ki, xəstəxanada olanlar bu vəziyyətdən xəbərsizdirlər”.
 Maşa və Daşa məktəb yaşına çatanda əlil şagirdlər üçün məktəbə göndərildi. Məhz burada Daşa Slava adlı tələbəyə aşiq olur.

 Maşa isə bacısının bu halına görə daha qəzəbli və aqressiv bir insana çevrilib. Maşa Daşanın hər hərəkətinə nəzarət etmək istəyirdi. Onun Slava ilə münasibətinin qəti əleyhinə idi. Maşa Daşaya fiziki zor tətbiq edib onu nəyəsə məcbur edəndə, daha ağır sınaqlara dözə bilməyən Daşa hələ 18 yaşında ikən özünü öldürmək istəyir.

 Həyata birtəhər uyğunlaşan əkizlər 53 il bir-birindən asılı yaşamağa davam ediblər. 2003-cü ilin aprelində isə birlikdə ölürlər.

 Ölümlərindən bir qədər əvvəl anaları onların varlığından xəbərdar olur, bəzən onları ziyarət etməyə gəlir.

 Maşanın ürəyi xəstə idi və insultdan ölür.

 

Daşaya əvvəlcə bacısının yatdığını söylədilər, lakin Daşa onun öldüyünü hiss etmişdi. Həkimlər əgər istəsə, cərrahi yolla bədənlərini ayıra biləcəklərini desələr də, Daşa bundan imtina edib. Bacısının cəsədi onu da yavaş-yavaş zəhərləməyə başlayır və əkizlər əl-ələ ölür.


Onlar təcrübənin bir hissəsi olmadan, normal bir həyat sürməklə xoşbəxt ola bilərdilərmi? O zaman da Maşa bu qədər aqressiv və zorakı olardımı?
 

Təəssüf ki, bunların cavabını heç vaxt bilməyəcəyik. Tək bildiyimiz onların da vəhşi və amansız bir təcrübənin qurbanı olmalarıdır. /sfera.az/





up