Tanınmış rejissor vəfat etdi - FOTO
10-01-2023, 22:56

Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova paylaşım edib.

“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, - deyə, Rəqsanə bildirib.

Qeyd edək ki, Anar Hüseynov Xalq artisti Aygün Kazımova, mərhum sənətçi Rəhim Rəhimli, müğənnilər Lətifə Soyuöz və Rəqsanə İsmayılovanın kliplərini lentə almışdı. O, uzun müddətdir Rusiyada yaşayırdı. 






up