2022-ci ildə onları itirdik.. - SİYAHI / FOTOLAR
30-12-2022, 14:23

Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

AZİNFORM.AZ 2022-ci ildə Azərbaycanın mədəniyyət və siyasət sahəsində yaşanan itkiləri təqdim edir:

Belə ki, yanvarın 8-də Əməkdar artist, aktyor Novruz Qartal vəfat edib.

23 fevral - Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov dünyasını dəyişib.

24 fevral - Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev vəfat edib.

25 fevral - Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.

Martın 10-dan 11-nə keçən gecə - Xalq yazıçısı Rüstəm İbrahimbəyov Rusiyada vəfat edib.

12 mart – “Lalə” qızlar ansamblının ilk solistlərindən biri, müğənni Elmira Əliyeva dünyasını dəyişib.

27 mart – Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov dünyasını dəyişib.

1 aprel - Xalq artisti, rejissor Zülfüqar Abbasov vəfat edib.

19 may - Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

17 iyul - Xalq artisti, bəstəkar Sevda İbrahimova vəfat edib.

3 avqust – tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

9 avqust - Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.

16 avqust - müğənni, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-də vəfat edib.

3 sentyabr - Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.

3 sentyabr - Əməkdar incəsənət xadimi, AYB üzvü Səyavuş Məmmədzadə dünyasını dəyişib.

5 sentyabr - Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev ABŞ-də vəfat edib.

20 sentyabr - Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.

22 sentyabr – aktrisa Fərqanə Quliyeva dünyasını dəyişib.

28 sentyabr - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Yusifoğlu dünyasını dəyişib.

30 sentyabr - bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.

16 sentyabr - Xalq artisti, truba ifaçısı Vaqif Abutalıbov vəfat edib.

6 oktyabr - Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.

9 oktyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

23 oktyabr - Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

4 noyabr - keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.

15 dekabr - Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib.

16 dekabr - aktyor Sadiq Əhmədov vəfat edib.

23 dekabr - Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov dünyasını dəyişib.

Hüseyn Məmmədsalahov





up