Futbol eksperti Emin Abbasov Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilən «Kəpəz» - «Sabah» matçından (3:0) danışıb.
O, Gəncə təmsilçisinin sayılmayan qoluna kəskin münasibət bildirib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Yevgeni Xvalkonun qapı xəttini keçən, amma qeydə alınmayan qoluna görə hakimləri tənqid edib:
«Mən bu epizoda dəfələrlə baxmışam. Çətin epizoddur. Amma mənə görə, top qapıı xəttini keçmişdi.
Son vaxtlar çox pis tendensiya yaranıb. Hakim səhvləri artıb və ən çox da «Kəpəz»in əleyhinə».