Azərbaycanda qadın və kişilərin maaşı arasında kəskin fərq var – Rəqəmlər
16-01-2023, 19:43

Azərbaycanda qadınların aldığı əmək haqqı kişilərin aldığı əmək haqqından azdır.

Ölkə üzrə muzdla işləyən qadınların orta aylıq əmək haqqı 552,2 manat, kişilərin orta aylıq əmək haqqı isə 851,7 manat olub. 

Açıqlanan məlumatlardan belə görünür ki, istisnasız olaraq iqtisadiyyatın bütün sahələrində kişilər qadınlardan daha çox əmək haqqı alır.

Ümumiyyətlə muzdla işləyən kişilər və qadınlar arasında ən yüksək əmək haqqını mədənçıxarma sahəsində işləyənlər alıb. Bu sahədə qadınlar ayda orta hesabla 2 202,2 manat, kişilər isə 3 215,2 manat maaş alıblar.

Kişilərin ən az əmək haqqı aldıqları sahə kənd təsərrüfatı sahəsi olub. Bu sahədə kişilərin orta aylıq əmək haqqı 476,2 manat tşkil edib. Qadınların ən az əmək haqqı aldığı sahə isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi olub - 353,9 manat.

İqtisadi fəaliyyıt növləriKişilər
(manat)
Qadınlar (manat)
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq476.2395.2
Mədənçıxarma sənayesi3215.22202.2
Emal sənayesi757.2474.5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı789.9614.0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı615.6432.5
Tikinti906.1668.5
Ticarət; nəqliyyat vasitələrinin  təmiri556.8476.1
Nəqliyyat və anbar təsərrüfatı1013.7644.7
Turistlərin yerləşdirilməsi və ictimai iaşə627.9485.9
İnformasiya və rabitə1245.8928.6
Maliyyə və sığorta fəaliyyəti2280.41319.4
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar725.5511.6
Peşə, elmi və texniki fəaliyyət1559.9770.1
İnzibati və yardımçı xidmətlərin göstərilməsi466.2353.9
Dövlət idarəetməsi və müdafiə; sosial təminat1027.1866.8
Təhsil596.0502.1
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi720.5528.0
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət657.8461.4
CƏMİ851.7552.2

yeniavaz.com





up