Müdafiə Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sosial şəbəkələrdə şəhidlərimizin bəzilərinin fotoları paylaşılıb. Onları təqdim edirik:
MAXE Babazadə Elşən Sahib Oğlu şəhid olub, Qəbələ rayonu, Mıxlıqovaq kəndi.
Qazax rayonu Kəmərli kəndi - şəhid Məmmədov Azər. Əldə etdiyimiz məlumata görə, o, 20 gün qabaq ailə həyatı qurubmuş.
Xızı rayon, Giləzi kəndi - Kapitan Saleh Qurbanov
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyev
Qazaxın Daş Salahlı kəndindən Gizir Kərimov Azad Zakir
Saatlı rayonu, Qara Nuru kənd sakini Nəsirov Ülvi
Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüd Sərxan Mübariz oğlu Ömərov
Lerik rayonun Əvilə kənd- 1995-ci il təvəllüdlü Sadıqov Şəmistan. O, iki ay öncə ailə həyatı qurubmuş
Quba rayonunun Vəlvələ kəndi - Ümid İlqar oğlu Həsənovdur.
Zərdab rayonunun Kəndəbil kəndi - 1994-cü il təvəllüdlü Rüstəmov Fərid Nofəl oğlu
İsmayıllı Rayon Talıstan kənd sakini - Bədəlov Cavidan Zaur oğlu
Cəlilabadın Əsədli kəndi - gizir Həsənov Səid Sarıbala oğlu. 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S.Həsənov sağlığında "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Şərur rayonu, Yengicə kəndi - 1997-ci il təvəllüdlü Əli Əliyev
Lənkəran şəhər Nərimanabad qəsəbəsi - MAXE Əhədzadə Xəyal Əlövsət oğlu
Qaz rayon, Kəmərli kəndi - 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımov
Qobustanın Sündü kəndi - 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayev. Məlumata görə, şəhidimizin bir övladı Vətənə yadigar qalıb.
Xaçmaz Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmov. Mərhum 3 uşaq atası idi.
Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizov
Tovuzdan Əhmədov Feyruz Məzahir oğlu 1985 ci il. Mərhumun 3 övladı var idi.
Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüd Emin Elnur oğlu Fərzəliyev
Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov
Kəlbəcər rayon sakini, 1999-cu il təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov
Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımov
Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətov. İki azyaşlı övladı Vətənə əmanət qaldı
Neftçalanın Bankə qəsəbəsinin sakinləri 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev (sağda) və hərbçi Rafael Rüfət oğlu Fətullayevin (solda)
Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüdlü hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlı
Leytenant Hümbətov Ravil Mübariz oğlu
Gəncə şəhər sakini, 1998-ci il təvəllüd Erkin Ədalət Hüseynov
Oğuz rayon, Qarabaldır kənd sakini, 1980-ci təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasov
Şəmkirin Şeidlər kənd sakini 27.11.1996-cı il təvəllüdlü, MAXE Xəyal Elxan oğlu Süleymanov
Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizli
Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanov
Beyləqan rayonu ll Aşıqlı kəndi sakini, hərbçi Mirtalib Mirheydər oğlu Ağazadə