5-ci mərtəbədən yıxılan uşaq öldü
28-08-2022, 09:54

Şirvanda 5-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

AZİNFORM.AZ  xəbər verir ki, hadisə avqustun 27-də Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.

Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Ömər Səmədov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.





up