86 yaşlı qoca binadan yıxılaraq ölüb
14-06-2022, 10:38

Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.





up