Türkiyədə dəhşətli ailə faciəsi yaşanıb.
AZİNFORM.AZ xəbər verir ki, gənc oğlan anasını, bacısını və qardaşınıı öldürdükdən sonra intihara cəhd edib.
İntihara cəhd edən Ömər Orak müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Məlum olub ki, Ömər Orak hadisədən sonra əmisi oğluna mesaj göndərərək “onları öldürdüm, gəl cəsədləri götür”, – deyə mesaj yazıb. Ailəsi ilə mübahisə edən Ömər Orak anası Nurten Orakı, 9 ay əvvəl ailə quran və 2,5 aylıq hamilə olduğu öyrənilən bacısı Esra Yamakı və qardaşı Yasin Orakı öldürüb.
Ailəsini öldürdükdən sonra başına atəş açan Ömər Orak ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Orak xəstəxanada dünyasını dəyişib. Nurten Orakın ərinin də 5 il əvvəl binadan özünü ataraq intihar etdiyi öyrənilib. Bildirilib ki, ailəin sağ qalan yeganə üzvü Ersin Orak olub, o, hadisə zamanı işlədiyi üçün evdə olmayıb.