DİGƏR XƏBƏRLƏR
“Metak”ın əməkdaşı iş başında xəsarət alaraq vəfat edib.
AZİNFORM.AZ xəbər verir ki, iyulun 18-də Böyükşor qəsəbəsində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir. /qafqazinfo/