Xəzər dənizində FACİƏ: Qayıq sürən 15 yaşlı oğlan öldü
13-07-2022, 16:38

Xəzər dənizində faciə yaşanıb.
AZİNFORM.AZ-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.
Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.
Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib. /lent.az/
Faktla bağlı araşdırma aparılır.




up