Suya düşmüş telefonu necə qurutmaq lazımdı?
27-06-2022, 01:47

Yolda gəzdiyiniz zaman yağış başlayır, yaş olmasın deyə cibinizə qoymağa çalışdığınız telefon əlinizdən sürüşüb gölməçəyə düşür.

AZİNFORM.AZ xəbər verir ki, mobil telefonlarımızın suya düşməsi hamımızı bezdirəcək bir vəziyyətdir. Beləliklə, suya düşən telefonu necə bərpa etmək olar? Telefon suya düşəndə ​​ilk olaraq nə edilməlidir?

Son zamanlar texnologiya nəhəngi brendlər suya davamlı telefonlar istehsal etsə də, iqtisadi səbəblərdən bu telefonları almaq bir çox insan üçün çətin görünür.

Bu gün əksər telefonlar suya davamlıdır. Bəs su ilə təmasda olan cihazlar üçün ilk növbədə nə edilməlidir? Quruduqdan və qurudulduqdan sonra nələrə diqqət edilməlidir?

Bu yaş telefon üçün yeganə ssenari deyil. Əl-üz və yaxud qab yuyarkən çanağa düşə, həmçinin bir bardaq su telefonun üzərinə dağıla bilər. Satışda su keçirməyən telefonlar geniş yayılsa da, bu, problemin həlli demək deyil.

Bu yazıda bəhs edəcəyimiz təlimatları cəld şəkildə həyata keçirsəniz, telefon qəzası fəsadsız ötüşəcək.

Telefonunuz islanıbsa etməli olduqlarınızdan vacib etməli olmadıqlarınızdır:

 

  1. Telefonu islanmış halda heç vaxt yandırmayın. Cib telefonunuz su ilə təmasda olarsa, etməli olduğunuz ilk şey telefonunuzu dərhal söndürməkdir.
  2. Enerji doldurmağa və ya başqa bir cihaza qoşmağa çalışmayın.
  3. Orta və səs kimi heç bir düyməni əsla sıxmayın.
  4. Yaş telefonu silkələməyin, çox toxunmayın.
  5. Bunu ilk refleks kimi etmək istəyəcəksiniz, amma qətiyyən telefonun üzərinə üfləməyin. Bu, su toxunmamış hissələrin də islanmasına səbəb ola bilər.
  6. Hava feni kimi cihazlarla müdaxilə etməyin. İstilik və hava telefona daha çox zərər verə bilər.
  7. Yanlış məqamlardan uzaq durdunuzsa, növbəti mərhələdə cəld hərəkət edərək müdaxilə etməlisiniz.
  8. Telefonunuz işlək vəziyyətdə suya düşübsə, dərhal söndürün. Amma unutmayın ki, çox tez söndürməlisiniz. Vaxt keçibsə müdaxilə etməyin.

Etməyiniz gərəklər isə bunlardır:

Suya düşmüş telefonu qurutmaq

  1. Zərər dəyməsin deyə SİM kartı və micro SD kartınızı telefondan çıxarın.
  2. Batareyası çıxa bilən telefondursa, batareyanı çıxarın.
  3. Telefonun nəmliyini quru bir parça və ya kağız dəsmal istifadə edərək çıxarın. Bunun üçün telefonu sadəcə bir parça və ya kağız dəsmalın üzərinə qoyaraq, yaxud əlinizlə yumşaq şəkildə toxunaraq edin.
  4. Evinizdə xüsusi vakuum cihazı varsa telefondan suyu çəkə bilərsiniz.
  5. Yaş telefonunuzu düyü ilə doldurulmuş qabın içinə yerləşdirin.
  6. Bütün tərəflərin düyü ilə təmasda olduğundan əmin olun.
  7. Batareyası çıxarıla bilən telefonları düyüdə 1 - 2 gün, çıxarılmayan telefonlar isə ən azı 3 gün düyüdə saxlanılmalıdır.
  8. Telefon düzgün işə salındısa və toxunma ekranının, səs düymələrinin, mərkəz düyməsinin, qulaqlıq yuvasının ümumi funksiyalarını yerinə yetirirsə, telefonu şarj cihazına qoşa bilərsiniz.
  9. Telefonunuzun islanmaması üçün hovuz, vanna otağı, mətbəx kimi su ilə hər an qarşılaşacağınız məkanlardan uzaq olun.

Suya düşmüş telefonu necə qurutmaq lazımdı?

Qeyd etdiyimiz kimi satışda suya davamlı xüsusi telefonlar var. Ancaq unutmayın ki, bu hallar nə qədər davamlı olursa olsun, bu telefonlar tam sukeçirməz deyillər. Bəzi telefon markaları tamamilə sukeçirməz olduğunu iddia edirlər. Məsələn Samsung Galaxy S10 demək olar ki, suya davamlıdır.


AZİNFORM.AZ





up