Vətən müharibəsindən sonra intihar edən qazilərimiz... - SİYAHI
12-07-2022, 16:45
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Xəbər verdiyimiz kimi, ötən gün Sabirabadda özünü yandıraraq intihara cəhd edən Vətən müharibəsi qazisi Elvin Cəfərov vəfat edib. Qazi E. Cəfərovun vəfatından sonra sosial şəbəkələrdə ikinci Qarabağ müharibəsi qazilərinin intihar etməsi ictimai fəallar arasında geniş müzakirələrə səbəb olub. Belə ki, müharibənin bitməsindən sonra 35 qazi intihar edib.

AZİNFORM.AZ xəbər verir ki, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov intihar etmiş və ya intihar həddinə çatdırılmış II Qarabağ Müharibəsininin qazilərinin siyahısını paylaşıb.

Həmin siyahını təqdim edirik:

1. Qusarın Yasaboba kənd sakini, 22 yaşlı hərbçi Gümrah Fuad oğlu Səfərquliyev Xaçmazın Seyidli kəndində meşəlik ərazidə özünü asıb.

2. Biləsuvarın 1 saylı Qəsəbəsində Cəbrayılın Sarıcalar kənd sakini, 27 yaşlı hərbçi Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

3. Baş Klinik Hospitalın Psixiatriya bölməsində psixoz diaqnozu ilə müalicə alan MAXE əsgər, əslən Kəlbəcərin Zəylik kəndindən olan, Goranboy rayonunun Börü kəndində məskunlaşan Vüsal Eldar oğlu Musayev intihar edib.

4. Gədəbəyin Çanaqçı kənd sakini, 22 yaşlı XTQ hərbçisi İsmət Namiq oğlu Babakişiyev özünü asaraq intihar edib.

5. II Qarabağ müharibəsi qazisi, Sabirabadın Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Maşallah Gülağa oğlu Mənəfov özünü asaraq intihar edib.

6. II Qarabağ müharibəsi qazisi, Cəlilabad rayonu "Petrovka" adlanan yaşayış massivi sakini 1998-ci il təvəllüdlü Bəhmən Bəhlul oğlu Abbaslı özünü asaraq intihar edib.

7. Ağdaş rayonu, Yuxarı Ləki kəndində II Qarabağ müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

8. Qusar rayonunun Əniq kənd sakini, II Qarabağ müharibəsi qazisi Qəhrəmanov Feyruz özünü ağacdan asaraq intihar edib.

9. Sumqayıtda kirayədə yaşayan, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, hərbçi Adil Bayramov intihar edib.

10. II Qarabağ müharibəsi iştirakçısı, 1998-ci il təvəllüd, Xaçmaz rayon sakini Kənan Mənsur oğlu Vəliyev intihar edib.

11. DSX-nın Horadiz sərhəd dəstəsinin MAXE hərbçisi, baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev intihar edib.

12. Sumqayıt sakini, əslən Zəngilanın Qıraq Müşlan kəndindən olan, 2003-cü il təvəllüd hərbçi Rəhim Möhübbət oğlu Dadaşov Laçın rayonunda intihar edib.

13. Bakının Kürdəxanı kənd sakini, Naxçıvan "N" saylı hərbi hissəsinin hərbçisi Seymur Sahil oğlu Hacıyev intihar edib.

14. Azərbaycan Ordusunun giziri, Namin Ruslan oğlu Məmmədov intihar edib. Gizir II Qarabağ müharibəsi iştirakçısı idi.

15. Bakının Binəqədi rayon sakini, hərbçi Məmmədağa Zakir oğlu Məlikov Daşkəsən "N" saylı hərbi hissəsində intihar edib.

16. Ağstafanın Eynallı kənd sakini, hərbçi Neyman Məmmədov, Naxçıvanda "N" saylı hərbi hissədə intihar edib.

17. Şuşa şəhərində xidmət edən, Astaranın Sərək kənd sakini hərbçi Çingiz Ramin oğlu Həziyev intihar edib.

18. Goranboy rayonu "N" saylı hərbi hissədə xidmət edən əsgər Fuad Samir oğlu Bayramov intihar edib.

19. 1999-cu il təvəllüd, 3 ayın əsgəri Ramil Xəqani oğlu Rzaquliyev Gənclik metrosunun yaxınlığındakı DSX-nın hərbi hospitalından özünü ataraq intihar edib.

20. Qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb, ölüb.

21. Zərdab rayon sakini polkovnik İlham Seyidov dünyasını dəyişib. Bildirilir ki, polkovnik qeyri-döyüş şəraitində ürək tutmasından vəfat edib, bəziləri isə polkovnikin intihar etdiyini deyir.

22. Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Emin Eldəniz oğlu Cəlilov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. O, Vətən müharibəsində könüllü iştirak edib.

23. Vətən Müharibəsi iştirakçısı leytenant Rüfət Ağayar oğlu Nəbizadə intihar edib.

24. II Qarabağ müharibəsi iştirakçısı, 26 yaşlı İmişli sakini İmdad Qəhrəmanlı dövlətin laqeydliyi nəticəsində, doğum gününə 3 gün qalmış intihar edib.

25. II Qarabağ müharibə iştirakçısı Yardımlı rayon Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlunun meşədə özünü asaraq intihar edib.

26. Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990 təvəllüdlü hərbçi Fərman Həsənov yaşadığı evdə özünü asıb.

27. Vətən Müharibəsi iştirakçısı, Sulutəpənin Çiçək Yaşayış Massivi sakini, əslən Xızıdan olan 24 yaşlı Yunis Mənsurov intihar edib.

28. II Qarabağ Müharibəsi iştirakçısı Şəmkirin Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov etiraz əlaməti olaraq Şəmkir rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vuraraq yandırıb.

29. Ağdamda 25 yaşlı Vətən müharibəsi qazisi Şəmil Elman oğlu Dadaşov intihar edib.

30. Naxçıvan MR, Şahbuz rayonu, Badamlı qəsəbə sakini, 1990 təvəllüd hərbçi Rəşad Füzuli oğlu Məmmədov özünü asaraq intihar edib.

31. Əslən Cəbrayıl rayonundan olan Rövşən Məmmədov 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün sonuncu dəfə "Azərsığorta"ya gedib, verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb.

32. Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Alim Nazim oğlu Məmmədov Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq özünü öldürüb.

33. İmişli rayonunun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. O, hərbi sanitar olub.

34. Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.

35. Qarabağ müharibəsi qazisi Müğdət Rəsul oğlu Nəsirov illərlə əlillik pensiyası ala bilmədiyi üçün yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb.


AZİNFORM.AZ





up