7 iyun 2022-ci il tarixində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı açıqlanıb.
AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Hərraca çıxarılan obyektlərin siyahısı belədir:
Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi, yardımçı təsərrüfat - 75 000 manat
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 42 saylı mağaza - 400 000 manat
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55A, 52 saylı mağaza - 750 manat
Şirvan şəhəri, 1 May küçəsi, 19, 27 saylı mağaza - 26 000 manat
Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsi, mal tövləsi - 20 000 manat
Salyan rayonu, Peyk kəndi, Yüksəliş yardımçı təsərrüfatı - 751 500 manat
Yevlax şəhəri, Aran qəsəbəsi, 5 saylı mağaza - 3 000 manat
Quba rayonu, Talış kəndi, Talış kənd klubu - 2 000 manat
Qusar rayonu, Hil kəndi, Qusar Kərpic sexi - 210 000 manat
Goranboy rayonu, Səfikürd kənd klubu - 6 000 manat
Goranboy rayonu, Qazanbulaq qəsəbə Mədəniyyət evi - 6 000 manat
Ağsu şəhəri, Melioratorlar qəsəbəsi, qeyri-yaşayış binası - 10 000 manat
Şəki şəhəri, B.Məmmədov küçəsi, 29, 2 saylı hamam - 17 500 manat
Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi, 98D, Kirayə Təmir Sahəsi - 37 500 manat
Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 143A, emalatxana binası - 50 000
Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsi, 2A, maye qaz satışı sahəsi - 1 250 manat
Xaçmaz rayonu, Nabran kəndi, İnternat məktəbinin yarımçıq tikilisi - 35 000 manat
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir). /oxu.az/