Bakı-Sumqayıt sürət qatarında texniki nasazlıq yaranıb - VİDEO
4-07-2022, 09:30

Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.

AZİNFORM.AZ “report”a istinadən xəbər verir ki, nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Nəticədə qatar hərəkətə təyin ediləndən 10 dəqiqə daha gec başlayıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.





up