Kahramanmaraşda yenə ZƏLZƏLƏ OLDU
13-07-2023, 23:48

Türkiyənin Kahramanmaraş vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Ekspertlərin fikrincə, yeraltı təkanlar yerli vaxtla saat 15:32-də Elbistan bölgəsində qeydə alınıb.

Zəlzələnin ocağı 12,44 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyənin cənub-şərqində 7,8 bal gücündə son 80 ilin ən güclü zəlzələsi baş verib. Yeraltı təkanlar ölkənin bir çox şəhərində hiss olunub. Afetrşoklar Suriyaya da ciddi ziyan vurub. Bundan sonra bölgədə zəlzələlər davam edib, lakin daha aşağı bal gücündə.





up