Kahramanmaraşda yenə zəlzələ oldu - YENİLƏNİB
28-02-2023, 19:40

Türkiyədə fevralın 6-da baş vermiş iki dağıdıcı zəlzələdən sonra təkrar yeraltı təkanlar yaşanır.

Belə təkanlardan biri də bu gün axşam saatlarında Kahramanmaraşda qeydə alınıb.

AFAD-dan verilən məlumata görə, zəlzələ 4,5 gücündə olub.

Episentri Onikişubat mahalı olan təkanların ocağı 9.8 km dərinlikdə yerləşib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

08:00

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.





up