Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: Yaralılar var
7-06-2023, 17:30

Türkiyədə İstanbuldan havaya qalxan təlim təyyarəsi Aksaray şəhərinin Ortaköy mahalının Kırlı kəndi yaxınlığında boş sahəyə düşüb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qəza zamanı 2 pilot yüngül xəsarət alıb.

Qəzaya təlim təyyarəsinin mühərrikində baş verən nasazlığın səbəb olduğu bildirilib.





up