Azərbaycanın şimalında sirli yer - Görənlər şoka düşür - VİDEO
20-11-2022, 21:57

Şamaxı rayonunun əhali sayına görə ən böyük kəndi Göylərdir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Göylər kəndi Şamaxı rayonunun cənubunda Böyük Qafqaz sıra dağlarının Ləngəbiz silsiləsində yerləşir.

 Göylər kəndi  - Dağ Göylər, həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir. Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular. Göylər kəndində bir çox tarixi abidə yerləşir: 1.Pir Mərdəkan xanəgahı, XII əsr, Göylər kəndi 2.Qalacıq yaşayış yeri, III—XIII əsrlər, Göylər kəndi 3.Küp qəbirləri nekropolu, antik dövrü, Dağ Göylər kəndi 4.Şəhərgah, antik dövrü və ilk orta əsrlər, Çöl Göylər kəndi 5.Şəhərgahın qəbiristanlığı, antik dövrü və ilk orta əsrlər, Çöl Göylər kəndi 6.Saxsılı taxta yaşayış yeri, antik dövrü və ilk orta əsrlər, Çöl Göylər kəndi 7.Pirəbağdad nekropolu, Çöl Göylər kəndi. 8. Göylər məscidi. Kənddə Faxra, Dibəkli, Arnout, Qızılca, Dağmalı kimi dağ zirvələri var.

AZİNFORM.AZ hər kəsi şoka salan həmin yerlə bağlı məlumatları təqdim edir:





up