Ukrayna yük helikopteri Yunanıstanda qəzaya uğrayıb
18-07-2022, 10:02

Serbiyanın Niş şəhərindən havaya qalxan Ukraynanın yük helikopteri Yunanıstanın Kavala şəhəri yaxınlığında yerə çırpılıb. 

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, helikopterdə 11.5 ton kimyəvi maddə olub. Hadisə zamanı 8 ekipaj üzvünün hər biri həlak olub.

Kimyəvi maddələrin ardıcıl partlamasına görə xilasetmə qrupları helikopterə uzun müddət yaxınlaşa bilməyib.

Qeyd edək , “Antonov- 12” tipli yük təyyarəsi qəzaya uğramamışdan əvvəl mühərriyində nasazlığın olması ilə bağlı məlumat vermişdi.





up