Goranboyda yeniyetməni ilan sancdı
24-05-2023, 22:06

Goranboy sakinini ilan sancıb.

AZİNFORM.AZ-ın apa-ya istinadla məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Kənd sakini - 2009-cu il təvəllüdlü Şahmərdan Cəfərov mal-qara otaran zaman ayağından ilan sanıb. O, yaxınların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. 14 yaşlı oğlana ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin kafi olduğu bildirilir.





up