Gəncədəki izdihamın səbəbi bu imiş - VİDEO
25-11-2022, 11:57

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar.
Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub.

Həmin videonu təqdim edirik:





up