FHN ləğv olunacaq, Kəmaləddin Heydərov Ziya Məmmədovun taleyini yaşayacaq... - İddia
19-08-2022, 16:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi Zaur Mirzəyevlə bağlı qalmaqal hələ də müzakirə mövzusudur. 
AZİNFORM.AZ qaynarinfoya istinadən xəbər verir ki, müzakirələrdə fövqəladə nallar naziri Kəmaləddin Heydərovun istefaya göndəriləcəyi, yaxud da nazirliyin ləğv ediləcəyi barədə iddialar səsləndirilir. 
Kəmaləddin Heydərov hələ hakimiyyət komandasının yenilənməsi mərhələsinin başlanğıcında diqqət mərkəzində idi. Hesab edilirdi ki, artıq "fövqəlnazir”in də karyerasına son qoymağın vaxtı çatıb. Bu barədə mediada müxtəlif məlumatlar yayılır, iddialar səsləndirilirdi.
 
Lakin Kəmaləddin Heydərov bu dalğada özünü qoruya bildi. Ramiz Mehdiyev, Əli Həsənov və hakimiyyətin bu kimi digər odioz fiqurları vəzifələrini itirsə də, cənab Heydərova toxunulmadı. Bundan sonra FHN-nin ləğvi məsələsi gündəmə gəldi. Bu məsələ barədə indi də danışılır.  
Bildirilir ki, Kəmaləddin Heydərov da keçmiş nəqliyyat naziri Ziya Məmmədov kimi yola salınacaq. Yəni, FHN ləğv edilərək tabeli qurumları müvafiq nazirliklər arasında bölüşdürüldükdən sonra Kəmaləddin Heydərov işsiz qalacaq.
FHN 2006-cı ildə yaradılıb. Qurum yaranandan Kəmaləddin Heydərov onun rəhbəridir. Yəni o, artıq 16 ildir nazirdir. Bundan əvvəl isə 11 il Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. 
FHN Azərbaycanda ən iri qurumlardan hesab edilir. 
 
Hazırda FHN-nin tərkibində 19 qurum fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Dövlət Yanğından Mühafizə Xidməti
Dövlət Yanğın Nəzarəti Xidməti
Mülki müdafiə qoşunları
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
Su Ehtiyatları Dövlət Agentliyi
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
Xüsusi Riskli Xilasetmə Xidməti
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
«İzotop» xüsusi kombinatı
Əməliyyat-istintaq idarəsi
Əsaslı Tikinti idarəsi
Maddi-Texniki Təchizat İdarəsi
Aviasiya dəstəsi
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
İdman-sağlamlıq klubu
Tibb Xidməti
Bundan başqa, nazirliyin 9 regional mərkəzi var:
Bakı Regional Mərkəzi
Sumqayıt Regional Mərkəzi
Şimal-Qərb Regional Mərkəzi
Şimal Regional Mərkəzi
Gəncə Regional Mərkəzi
Aran Regional Mərkəzi
Muğan Regional Mərkəzi
Qarabağ Regional Mərkəzi
Cənub Regional Mərkəzi
Nazirliyin strukturuna gəlincə, qurumda 8 baş idarə və 6 idarə fəaliyyət göstərir:
Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi
Kadr siyasəti Baş idarəsi
Maliyyə-iqtisadiyyat Baş idarəsi
Baş əməliyyat idarəsi
Mülki müdafiə işinin təşkili Baş idarəsi
Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi
İdarələr isə aşağıdakılardır:
Hüquq idarəsi
İctimaiyyətlə əlaqə idarəsi
Beynəlxalq əlaqələr idarəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
Komendant xidmətinin təşkili və texniki təminat idarəsi
Nəzarət-təftiş idarəsi
Kəmaləddin Heydərov həm də ən çox müavini olan nazirdir. Onun hazırda 8 müavini var:
Rəfail Xalid oğlu Mirzəyev (Birinci müavin)
Faiq Cavad oğlu Tağı-zadə
Etibar Böyükbəy oğlu Mirzəyev
Ragim Əhəd oğlu Lətifov
Orucəli Məmməd oğlu Hacıyev
Teymur Ramiz oğlu Mehdiyev
Tapdıq Əhliman oğlu Əmiraslanov 
Nazim Xeyrulla oğlu Məmmədov
Ekspertlər hesab edir ki, FHN-nin bu qədər "şişirdilməsinə” ehtiyac yoxdur. Yeri gəlmişkən, nazirlik yaradılmamışdan əvvəl Nazirlər Kabinetində Fövqəladə Hallar üzrə Komissiya fəaliyyət göstərib. 
AZİNFORM.AZ




up