Türkiyədə güclü zəlzələ: Xəsarət alanların sayı açıqlandı
23-11-2022, 11:18

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”.

Xatırladaq ki, zəlzələ  İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə olub.





up