Azərbaycanda şiddətli, dağıdıcı zəlzələ gözlənilir? - RƏSMƏN AÇIQLANDI - VİDEO
29-07-2022, 00:05

Bu gün Gürcüstan ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycan-Gürcüstan sərhədində Samux ərazisində də hiss edilib. Bəs qonşu ölkədə baş verən bu zəlzələ ölkəmizdə yaxın vaxtlarda təkrarlana bilərmi?

AZİNFORM.AZ xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılova ''Xəzər Xəbər''ə bildirib ki, bu ilin altı ayı ərzində Azərbaycanda seysmiklik artıb.

Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında iki zəlzələ baş verib. Zəlzələ Azərbaycan ərazisində də hiss edilib.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin məlumatına görə, baş vermiş hər iki zəlzələnin maqnitudası 4 və 4,3 bal təşkil edib. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.

Bəs qonşu ölkədə baş vermiş bu zəlzələ ölkəmizdə yaxın vaxtlarda təkrarlana bilərmi? Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılovanın sözlərinə görə, bu ilin altı ayı ərzində 42 rəqəmsal məlumat əsasında seysmikliyin analizləri aparılıb. Ölkə ərazisində müxtəlif ərazilərdə ötən ilə nisbətən bu il seysmikliyin artdığı məlum olub.

Rəqəmsal məlumatlar əsasında o da bəlli olub ki, ölkə ərazisində bu ilin altı ayı ərzində 1800-dən çox yeraltı təkan qeydə alınıb.

Səidə İsmayılova onu da qeyd etdi ki, Azərbaycanda yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. 





up