Çində 6,1 bal gücündə zəlzələ baş verib.
AZİNFORM.AZ xəbər verir ki, Çinin cənub-qərbindəki Sıçuan əyalətində yerli vaxtla saat 17:00-da baş verən 6,1 bal gücündə zəlzələdə 3 nəfər ağır xəsarət alıb.
Zəlzələ səbəbindən bəzi qatarların hərəkətində fasilələr yaranıb.
Xatırladaq ki, 2008-ci ildə Siçuanda baş verən 7,9 bal gücündə zəlzələ 90 minə yaxın insanın həyatına son qoyub.