"ÇOX ÜZR İSTƏYİRƏM" - SƏHİYYƏ NAZİRİ
16-09-2022, 09:12

 Esenyurtda motosikletlə qəza törətdikdən sonra xəstəxanaya gələn 3 nəfər mühafizəçini ürəyindən bıçaqlayaraq öldürüb. Qəzaya müdaxilə edən Tuğrul Okudan adlı mühafizəçi ürəyindən bıçaqlanıb. Hadisədən sonra əməliyyata alınan Tuğrul Okudanın bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca Esenyurt Dövlət Xəstəxanasında bıçaqlı hücum nəticəsində həyatını itirən mühafizəçi ilə bağlı paylaşım edib.

Nazir Koca yazısında bu ifadələri işlədib:

“Sağlamlıqda xoş xəbərlərin veriləcəyi günlərdə çatdıracağım bu xəbər məni çox kədərləndirdi. İstanbul Esenyurt Dövlət Xəstəxanasında mühafizəçimiz Tuğrul Okudan bıçaqlı hücum nəticəsində dünyasını dəyişib. Allahdan ona rəhmət, yaxınlarına başsağlığı diləyirəm”.


AZİNFORM.AZ



up